Bakı. 12 dekabr. REPORT.AZ/ “Ola bilsin ki, ABŞ ölkə daxilində qarşıdurma yaratmaq üçün plan hazırlayıb”.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamənei İran-İraq müharibəsi və Suriyadakı silahlı toqquşmalarda ölmüş hərbçilərin ailə üzvləri ilə görüşdəki müraciətində bildirib.
Onun sözlərinə görə, son iki il ərzində ABŞ İrana təzyiqlərini artırıb: “ABŞ iqtisadi sanksiyalar və təhlükəsizlik problemləri ilə İranda bölücülüyə yol açaraq ölkəmizin daxilində qarşıdurma yaratmağı planlaşdırır”.
Bu ilin əvvəlində Ağ Evin mətbuatda “İran rejimi 40-cı ildönümünü görməyəcək. Bu yay İranda çox isti keçəcək” ifadələrinə cavab olaraq ayətullah Xamənei deyib: “Ötən ilin yayı ən əmin-aman yaylardan biri oldu. İran xalqı hazır olmalıdır. Amerikalılar hiylə də işlədə bilərlər. 2018-ci il deyib 2019-cu ildə aranı qarşıdıra bilərlər”.