​Avstriyanın prezidenti İrana səfər edib

​Avstriyanın prezidenti İrana səfər edib İki ölkə arasında ödənişsiz təhsil mübadiləsinə dair müqavilənin imzalanacağı gözlənilir
Region
7 Sentyabr , 2015 12:18
​Avstriyanın prezidenti İrana səfər edib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Avstriyanın prezidenti Haynts Fişerin başçılıq etdiyi nümayəndə heyəti Tehrana səfər edib.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Nümayəndə heyətinin tərkibinə Avstriyanın təhsil, iqtisadiyyat nazirləri, 17 universitetin və araşdırma mərkəzinin başçıları daxildir.

İki ölkə arasında ödənişsiz təhsil mübadiləsinə dair müqavilənin imzalanacağı da gözlənilir. 

Son xəbərlər

Orphus sistemi