Avropa Məhkəməsi Gürcüstan Rusiyaya qarşı işinə baxılmasını bərpa edib

Avropa Məhkəməsi Gürcüstan Rusiyaya qarşı işinə baxılmasını bərpa edib Avropa İnsan Hüquqları Məhkəməsi “Gürcüstan Rusiya Federasiyasına qarşı” adlı işə baxılma prosesini bərpa edib.
Region
11 İyun , 2021 17:30
Avropa Məhkəməsi Gürcüstan Rusiyaya qarşı işinə baxılmasını bərpa edib

Avropa İnsan Hüquqları Məhkəməsi “Gürcüstan Rusiya Federasiyasına qarşı” adlı işə baxılma prosesini bərpa edib.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.

Nazir deyib ki, iş Rusiyanın Gürcüstanın işğal altında olan ərazilərində insan haqlarını pozması ilə bağlıdır: “Bizim çox ciddi dəlillərimiz var və əminik ki, əvvəlki işlərimiz kimi bu işi də udacağıq. Bu işdə həqiqət Gürcüstan tərəfindədir və mübarizə davam edir”.

Qeyd edək ki, Gürcüstanın Ədliyyə Nazirliyi 2018-ci ilin avqustunda Avropa İnsan Hüquqları Məhkəməsinə IV dövlətlərarası ittiham təqdim edib.

Son xəbərlər

Orphus sistemi