Avropa liderləri Şərq Tərəfdaşlığı ölkələrinə səfər haqqında razılığa gəliblər

Avropa liderləri Şərq Tərəfdaşlığı ölkələrinə səfər haqqında razılığa gəliblər "Aİ Şərq Tərəfdaşlığını tam dəstəkləyir"
Region
20 Mart , 2015 11:44
Avropa liderləri Şərq Tərəfdaşlığı ölkələrinə səfər haqqında razılığa gəliblər

Bakı. 20 mart. REPORT.AZ/ Avropa İttifaqı üzv ölkələrinin liderləri Şərq Tərəfdaşlığı üzv ölkələrinə qarşı diferensial yanaşma haqqında razılığa gəliblər. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Aİ Sammitinin beynəlxalq məsələlərlə bağlı sənədində deyilir. 

"Aİ Şərq Tərəfdaşlığını tam dəstəkləyir. O, fərqli yanaşma ilə bütün 6 tərəfdaş ilə münasibətləri möhkəmləndirəcək. Dövlət qurulucuğu, insanlar arasında əlaqə, bazar imkanları və qarşılıqlı əlaqələr sahəsində gücləndirilmiş əməkdaşlıq üçün xüsusi səylər göstərilməlidir", - Aİ liderləri bildirib. 

Aİ, həmçinin Gürcüstan, Moldova və Ukrayna ilə ümumi azad ticarət zonası haqqında razılaşmanın bütün üzv ölkələri tərəfindən ən yaxın zamanda ratifikasiya olunacağını gözləyir.  

2009-cu ildə yaradılan Şərq Tərəfdaşlığı proqramına Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus daxildir. 

Son xəbərlər

Orphus sistemi