Avropa Komissiyası: “Cənubi Qafqaz ölkələrinə dəstək həmişəkindən daha vacibdir”

Region
  • 08 iyun, 2022
  • 12:20
Avropa Komissiyası: “Cənubi Qafqaz ölkələrinə dəstək həmişəkindən daha vacibdir”

“Ukrayna, Gürcüstan, Moldova və Cənubi Qafqaz ölkələrinə dəstək həmişəkindən daha vacibdir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı deyib.

“Biz tərəfdaşlarımızı dəstəkləməyə və onlarla əlaqələri gücləndirməyə davam edəcəyik”, - o qeyd edib.

Vitse-prezident həmçinin bildirib ki, Avropa Komissiyası Gürcüstan və Moldovaya ölümcül olmayan hərbi yardımı artırmaqla bağlı təşəbbüs irəli sürüb.

Onun sözlərinə görə, yardım loqistika, kiber mühafizə, hərbi-tibbi, mühəndis və mobil imkanların artırılmasından ibarət olacaq. Layihənin iyunda təqdim olunması, müvafiq qərarın isə iyul ayında qəbul ediləcəyi planlaşdırılıb.

44 filmi