Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası (AES) quruluşuna görə nüvə təhlükəsizliyinə dair beynəlxalq standartlara uyğun yenidən qurula bilmədiyinə görə ən tez bir vaxtda bağlanılmalıdır.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının işçi qrupunun Ermənistanla tərəfdaşlıq sazişinin 2020-ci ildə icra olunmasına dair hesabatında bildirilir.
Bu səbəbdən də Metsamor AES-in bağlanmasına dair yol xəritəsinin tezliklə yaradılmasının vacibliyi qeyd olunur.
Qeyd edək ki, 1976-cı ildən fəaliyyət göstərən və artıq texnoloji cəhətdən ifrat köhnəlmiş Metsamor AES 1988-ci ildə baş vermiş güclü zəlzələdən sonra bağlanmış, 1995-ci ildə isə beynəlxalq birliyin ciddi tənqid və etirazlarına baxmayaraq, yenidən işə salınmışdı. Hazırda stansiyanın gücü artırılsa da, təhlükəsizlik qaydalarına əməl olunmur.