Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaarı qəbul edib.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Görüşdə Aİ-nin İrəvandakı səfiri Vasilis Maraqos da iştirak edib.
Qeyd edilib ki, görüş zamanı regional vəziyyət, Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar və sərhədlərin delimitasiyası prosesinə toxunulub. Ermənistan-Avropa İttifaqı arasında əməkdaşlıq və onun gələcək inkişafı məsələləri müzakirə edilib.
T.Klaar bir daha qeyd edib ki, Aİ Ermənistan-Azərbaycan danışıqlar prosesini, eləcə də Alma-Ata Bəyannaməsi əsasında Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası haqqında razılaşmanı tam dəstəkləyir.
Ermənistan parlamenti sədrinin müavini, Türkiyə-Ermənistan normallaşma prosesi danışıqlarında ölkəsinin nümayəndə heyətinin başçısı Ruben Rubinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaarı İrəvanda qəbul edib.
“Report” xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.
Bildirilib ki, tərəflər Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlığı və regional vəziyyəti müzakirə ediblər.
Görüşdə Aİ-nin İrəvandakı səfiri Vasilis Maraqos da iştirak edib.