Avropa İttifaqının komissarı: “Türkiyənin yanındayıq”
- 21 fevral, 2023
- 07:04
Yeniliklərdən dərhal xəbərdar olun!
“Avropa İttifaqı Türkiyənin yanındadır”.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Oliver Varhelyi tviterdə yazıb.
O, fevralın 20-də baş verən zəlzələdə ölənlərə görə Türkiyə xalqına başsağlığı verib: “Beynəlxalq Donorlar Konfransına hazırlıq məqsədi ilə səfərimdən əvvəl Türkiyədə daha bir dağıdıcı zəlzələ olub. Həlak olanlara və onların ailələrinə başsağlığı veririk. Bu çətin günlərdə həmrəyliyimiz və dəstəyimiz sarsılmaz olaraq qalır”.
Qeyd edək ki, fevralın 20-də Türkiyənin Hatay vilayətində 6,4 maqnitudalı zəlzələ olub. Hadisə nəticəsində 6 nəfər ölüb.
Ahead of my visit to prepare the International Donors’ Conference, another devastating earthquake hit #Türkiye.
— Oliver Varhelyi (@OliverVarhelyi) February 21, 2023
Our condolences to the victims and their families.
The EU stands firmly with Türkiye. Our solidarity and support remains unwavering in these difficult times.