Avropa İttifaqı “TASS” və bir sıra digər KİV rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib

Avropa İttifaqı “TASS” və bir sıra digər KİV rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib Avropa İttifaqı Rusiyanın böyük media rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.
Region
9 Aprel , 2022 01:18
Avropa İttifaqı “TASS” və bir sıra digər KİV rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib

Avropa İttifaqı Rusiyanın bir sıra media rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə cümə günü Aİ-nin rəsmi jurnalında dərc olunan siyahıda deyilir.

Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Oleq Dobrodeyev, “Moskovski Komsomolets”in baş redaktoru Pavel Qusev və TASS-ın baş direktoru Sergey Mixaylov məhdudiyyətlərə məruz qalıblar.

Bundan əlavə, Sankt-Peterburq telekanalının baş direktoru Aleksandr Malkeviç və “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko, “Krasnaya Zvezda” media holdinqinin prezidenti Aleksey Pimanov və “Komsomolskaya Pravda” media qrupunun baş redaktoru və baş direktoru Vladimir Sunqorkinə qarşı sanksiyalar tətbiq edilib.

Qeyd edək ki, sanksiyalara Aİ-dəki aktivlərin dondurulması və təşkilata üzv ölkələrinə giriş qadağası daxildir. Bu məhdudiyyətlər dərc edildiyi andan qüvvəyə minən Aİ-nin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərinin beşinci paketinin bir hissəsidir.

Son xəbərlər

Orphus sistemi