Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir Avropa İttifaqının (Aİ) bir neçə ölkəsi qadınların etiraz aksiyalarının yatırılmasına cavab olaraq İrana qarşı sanksiyaların tətbiqi ilə bağlı təkliflər hazırlayıb. Qara siyahıya 16 fiziki şəxs və təşkilatın əlavə edilməsi təklif edilir.
Region
3 Oktyabr , 2022 11:36
Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir

Avropa İttifaqının (Aİ) bir neçə ölkəsi qadınların etiraz aksiyalarının yatırılmasına cavab olaraq İrana qarşı sanksiyaların tətbiqi ilə bağlı təkliflər hazırlayıb. Qara siyahıya 16 fiziki şəxs və təşkilatın əlavə edilməsi təklif olunur.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Der Spiegel" məlumat yayıb.

Sanksiyaların təşəbbüskar qismində Almaniya, Danimarka, İspaniya, İtaliya, Fransa və Çex Respublikası çıxış edib.

Xatırladaq ki, İranda etiraz aksiyaları sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra başlayıb. Rəsmi versiyaya görə, qız baş örtüyünü düzgün taxmadığına görə saxlanılıb. O, dindirilmə zamanı infarkt keçirib və bu səbəbdən dünyasını dəyişib. Lakin sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb.

Son xəbərlər

Orphus sistemi