​Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

​Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb "Qara siyahı"dan iki nəfərin adı çıxarılıb
Region
14 Sentyabr , 2015 17:02
​Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Rusiyanın 149 vətəndaşına və 37 şirkətinə qarşı sanksiyanın müddətini daha 6 ay uzadıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqı Şurası rəsmi məlumat yayıb.

Xatırladaq ki, qərar Aİ-nin sentyabrın 2-də keçirilən daimi komitəsində qəbul edilib.

Ümumilikdə, İttifaqın "qara siyahısı"na 151 nəfər, o cümlədən, Rusiya hakimiyyətində təmsil olunanlar, güc strukturlarının nümayəndələri, siyasətçilər, iş adamları və Ukraynanın şərqindəki rusiyayönümlü separatçılar daxil edilmişdi. Yeni qərara əsasən, onlardan ikisinin adı siyahıdan çıxarılıb.

Siyahı açıqlanmadığından, üzərilərindən sanksiya götürülən şəxslərin adları hələ ki, məlum deyil.

İlk dəfə sanksiya ötən ilin sentyabrında qəbul edilib. Bu ilin martında isə onun müddəti uzadılıb.

Aİ Rusiyaya bu qadağaları Ukraynanın şərqində baş verənlərə və Krımın ilhaqına görə tətbiq edib. 

Son xəbərlər

Orphus sistemi