​Avropa İttifaqı İranın 82 məmuruna sanksiya tətbiq edib

​Avropa İttifaqı İranın 82 məmuruna sanksiya tətbiq edib Onların adları 2017-ci ilədək sanksiya siyahısında qalacaq
Region
12 Aprel , 2016 09:43
​Avropa İttifaqı İranın 82 məmuruna sanksiya tətbiq edib

Bakı. 12 aprel. REPORT.AZ/ Avropa İttifaqı İranın 82 vətəndaşına qarşı sanksiya tətbiq edib.

"Report" xəbər verir ki, bu haqda İranın "Mehr" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, sanksiya tətbiq edilən 82 iranlı ölkədə insan haqlarının pozulmasında təqsirli bilinirlər. Onlar hakimiyyətdə müxtəlif məsul vəzifə tutur. Həmin məsul şəxslərin adları 2017-ci ilədək sanksiya siyahısında qalacaq.

Qeyd edək ki, Avropa İttifaqı İrana qarşı tətbiq etdiyi bir sıra sanksiyaları ləğv edib.

Xatırladaq ki, qurumun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Federika Mogerini 7 nəfərlik nümayəndə heyəti ilə aprelin 16-da İrana səfər edəcək.

Son xəbərlər

Orphus sistemi