​Avropa İnvestisiya Bankı Cənubi Qafqazda ofis açıb

​Avropa İnvestisiya Bankı Cənubi Qafqazda ofis açıb Bank 2014-cü ildə Cənubi Qafqaza 726 milyon avro sərmayə qoyub
Region
198
1 May , 2015 10:25
​Avropa İnvestisiya Bankı Cənubi Qafqazda ofis açıb

Bakı. 1 may. REPORT.AZ/ Avropa İnvestisiya Bankı Cənubi Qafqazda ofis açıb. "Report" xəbər verir ki, bu haqda bankın rəsmi saytında məlumat yerləşdirilib.  

Ofis Gürcüstan paytaxtı Tbilisidə yerləşir. Açılış mərasimində Gürcüstanın baş naziri İrakli Qaribaşvili və bank prezidentinin müavini Vilhelm Molterer iştirak edib. Xəbərdə bildirilib ki, ofis Azərbaycan, Gürcüstan və Ermənistandakı işlərə cavabdeh olacaq.

Xatırladaq ki, son 5 ildə Avropa İnvestisiya Bankı Cənubi Qafqazda fəaliyyətini gücləndirib. Maliyyə qurumu 2014-cü ildə Cənubi Qafqaza 726 milyon avro sərmayə qoyub. Bunun 493 milyonu Gürcüstanın, 217 milyonu Ermənistanın və 25 milyonu isə Azərbaycanın payına düşüb. 

Son xəbərlər

Orphus sistemi