“Report” “Mehr”ə istinadən xəbər verir ki, görüş Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.
Görüşdə İranın 2015-cü ilin iyulunda “altılıq” (ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Çin, Rusiya) ölkələri ilə imzaladığı razılaşmadakı öhdəliklərdən qismən çıxmasına dair məsələ müzakirə ediləcək.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo da Moskva səfərini təxirə salaraq müzakirələrdə iştirak etmək üçün Brüsselə gələcək.