Avrokomissar Gürcüstan parlamentini LGBT təbliğatına qarşı qanun layihəsini qəbul etməməyə çağırıb
Region
- 10 sentyabr, 2024
- 13:17
Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Maykl Oflaerti (Michael O'Flaherty) Gürcüstan parlamentini LGBT təbliğatına qarşı qanun layihəsini qəbul etməməyə çağırıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə komissar özü məlumat yayıb.
Onun sözlərinə görə, LGBT təbliğatına qarşı olan "Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" qanun ayrı-seçkilik üçün hüquqi əsas yaradır və İnsan Hüquqları üzrə Avropa Konvensiyasına ziddir.
Qeyd edək ki, Gürcüstan parlamenti LGBT təbliğatına qarşı qanunlar paketini artıq ikinci oxunuşda müzakirəyə çıxarıb və qəbul edib. Sözügedən layihə LGBT mövzularını təbliğ edən səhnələrin Gürcüstan televiziyalarında yayımlanmasının qadağan edilməsini nəzərdə tutur.
Son xəbərlər
10:51
Myanmada üç Rusiya vətəndaşı oğurlanıb
Digər ölkələr10:50
Müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq 200 min manata yaxın pulu ələ keçirən şəxs saxlanılıb
Hadisə10:49
Qarabağda türk dünyası ilə bağlı forum keçirilməsi planlaşdırılır
Biznes10:46
"MÜSİAD Azərbaycan"ın üzvlərinın ölkəyə investisiya qoyuluşu açıqlanıb
Biznes10:42
"MÜSİAD Azərbaycan"ın üzvləri 9 minə yaxın şəxsi işlə təmin edib
Biznes10:37
İlham Əliyev Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciət ünvanlayıb
Biznes10:35
Rusiya XİN: Moskva İrəvanla TRIPP təşəbbüsünü müzakirə etməyə hazırdır
Region10:31
ƏMAS-da 18 yaşadək işçilər və iş yerinə dair e-arayış xidməti ilə bağlı yeniliklər tətbiq edilib
Sosial müdafiə10:30