Avrasiya İqtisadi İttifaqının Soçidə keçiriləcək sammitində Ermənistanı Paşinyan təmsil edəcək

Avrasiya İqtisadi İttifaqının Soçidə keçiriləcək sammitində Ermənistanı Paşinyan təmsil edəcək Bakı. 11 may. REPORT.AZ/ Ermənistanın yeni baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Soçidə keçiriləcək sammitində iştirak edəcək.
Region
11 May , 2018 12:26
Avrasiya İqtisadi İttifaqının Soçidə keçiriləcək sammitində Ermənistanı Paşinyan təmsil edəcək
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ Ermənistanın yeni baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Soçidə keçiriləcək sammitində iştirak edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin iclasında çıxış edən xarici işlər naziri vəzifəsini yerinə yetirən Edvard Nalbandyan bildirib.

Onun sözlərinə görə, ölkə hökuməti toplantıda Ermənistanı prezident Armen Sarkisyanın deyil, baş nazir N.Paşinyanın təmsil etməsi haqqında qərar qəbul edib. 

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla Aİİ sammiti çərçivəsində mayın 14-də görüşməyi planlaşdırdığını açıqlayıb. N.Paşinyan isə öz növbəsində, V.Putinlə görüşməyə hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi