ATƏT Ukraynadakı monitorinq missiyasının tezliklə bağlanacağını açıqlayıb

ATƏT Ukraynadakı monitorinq missiyasının tezliklə bağlanacağını açıqlayıb ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyası bağlanacaq.
Region
28 Aprel , 2022 20:03
ATƏT Ukraynadakı monitorinq missiyasının tezliklə bağlanacağını açıqlayıb

ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyası bağlanacaq.

"Report" xəbər verir ki, bu barədə ATƏT sədri Zbiqnev Rau və Helqa Şmidin birgə bəyanatında deyilir.

"Bu qərar missiyanın mandatının uzadılması ilə bağlı 2022-ci il martın 31-də ATƏT-in Daimi Şurasında konsensusun əldə olunmamasından sonra verilib. Rusiyanın mövqeyi ATƏT-ə missiyanı bağlamaq üçün addımlar atmaqdan başqa seçim qoymayıb", - sənəddə deyilir.

Bəyanatda deyilir ki, missiya yerlərdə obyektiv məlumatların verilməsində, atəşkəsin təşviqində və münaqişənin mülki əhaliyə təsirinin yumşaldılmasında mühüm rol oynayıb.

Z.Rau ATƏT-in ölkədəki fəaliyyətini mövcud öhdəliklərə uyğun olaraq davam etdirməyə çalışacağını vurğulayıb:

“Polşanın sədrliyi ATƏT-in Ukraynada gələcək rolunun alternativlərini araşdırmaq üçün iştirakçı dövlətlərlə qarşılıqlı əlaqəni davam etdirməyə imkan verəcək”.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova təşkilatı Ukrayna missiyasının fəaliyyətini araşdırmağa çağırıb, onun fikrincə, texniki vasitələrdən Ukrayna tərəfinə yalan məlumatlar ötürülüb. ATƏT cavab olaraq bəyan edib ki, Ukraynadakı missiyada qərəzlilik ittihamları əsassızdır.

Son xəbərlər

Orphus sistemi