ATƏT sədri Gürcüstana səfər edəcək

ATƏT sədri Gürcüstana səfər edəcək ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde Gürcüstana səfər edəcək
Region
15 Fevral , 2021 16:18
ATƏT sədri Gürcüstana səfər edəcək
Ann Linde

ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde Gürcüstana səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, tvitter hesabında yazıb.

“Gürcüstana ATƏT-in sədri kimi gedirəm. Biz ATƏT-in Gürcüstana münaqişələrin həllində, qadınların və vətəndaş cəmiyyətinin əsas rol oynaya biləcəyi sahələrdəki institutların gücləndirilməsində qətiyyətli dəstəyini təsdiqləyirik”, - A.Linde qeyd edib.

Xatırladaq ki, İsveçin XİN başçısı ötən ilin oktyabrında Gürcüstana işgüzar səfər edib.

Son xəbərlər

Orphus sistemi