ATƏT ölkələrinin səfirlərindən ibarət nümayəndə heyəti Gürcüstanda səfərdədir

ATƏT ölkələrinin səfirlərindən ibarət nümayəndə heyəti Gürcüstanda səfərdədir Onlar Tbilisidən sonra Bakıya gələcəklər
Region
20 İyun , 2018 09:51
ATƏT ölkələrinin səfirlərindən ibarət nümayəndə heyəti Gürcüstanda səfərdədir

Bakı. 20 iyun. REPORT.AZ/ ATƏT-ə üzv olan 30 ölkənin daimi nümayəndələrindən ibarət nümayəndə heyəti Gürcüstanda səfərdədir.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, ATƏT ölkələrinin səfirləri Gürcüstan prezidenti, icraedici və qanunvericilik orqanların yüksək çinli nümayəndələri ilə görüşəcəklər. Eyni zamanda ATƏT-in müşahidəçilər missiyasının rəhbərliyi və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər də planlaşdırılır.

Səfər çərçivəsində daimi nümayəndələr işğal xəttinə gedəcək və ATƏT-in maliyyələşdirilməsi ilə Sobisi kəndində həyata keçirilən layihə ilə tanış olacaqlar.

Səfirlər iyunun 21-də Tbilisidən Bakıya gələcəklər. Onlar paytaxtımızda Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi