​ATƏT-in baş katibi Gürcüstanda görüşlərə başlayıb

​ATƏT-in baş katibi Gürcüstanda görüşlərə başlayıb O, yerli rəsmilərlə Abxaziya və Cənubi Osetiyaya Rusiyanın təsirini müzakirə edib
Region
9 Mart , 2015 12:52
​ATƏT-in baş katibi Gürcüstanda görüşlərə başlayıb

Bakı. 9 mart. REPORT.AZ/ ATƏT-in baş katibi Lamberto Zanyer Gürcüstanda görüşlərə başlayıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu gün o, Gürcüstanın xarici işlər naziri Tamara Beruçaşvili ilə görüşüb.

Görüşdə tərəflər Gürcüstan əraziləri olan Abxaziya və Cənubi Osetiyaya Rusiyanın təsirini müzakirə ediblər.

Xatırladaq ki, Lamberto Zanyer Gürcüstana martın 8-də səfər edib. Bu gün o, ölkənin baş naziri İrakli Qaribaşvili, prezident Georgi Marqvelaşvili, eləcə də parlament üzvləri ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi