Astanada 14 nəfər şiddətli şaxtadan zərər görüb

Region
  • 06 fevral, 2019
  • 08:22
Astanada 14 nəfər şiddətli şaxtadan zərər görüb
РИА "Новости

Bakı. 6 fevral. REPORT.AZ/ Astanada müşahidə olunan şiddətli şaxta nəticəsində son sutka ərzində 14 nəfər donma səbəbi ilə tibb məntəqələrinə müraciət edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat verib.

Bildirilib ki, müraciət edənlərin 10-u yetkin, 4-ü isə uşaqdır. 2017-ci il təvəllüdlü bir uşaq orta dərəcəli donma ilə xəstəxanaya yerləşdirilib. Digərləri yaşadıqları yer üzrə ambulator müalicəyə göndərilib.

Qeyd edək ki, bu gün Astanada havanın temperaturu -30 dərəcədən aşağı düşüb, məktəblərdə dərslər ləğv olunub, bir sıra şəhərətrafı avtobus marşrutları dayandırılıb.

44 filmi