AŞPA həmməruzəçiləri Yerevana səfər edəcək

AŞPA həmməruzəçiləri Yerevana səfər edəcək Onlar Ermənistanda bir sıra görüş keçirməyi planlaşdırır
Region
19 Noyabr , 2016 10:48
AŞPA həmməruzəçiləri Yerevana səfər edəcək

Bakı. 19 noyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq üzrə həmməruzəçiləri Cüzeppe Qalati və Alan Mil noyabrın 22-23-də Yerevana səfər edəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar "seçki sistemində islahat", 2017-ci ildə keçiriləcək parlament seçkiləri, "konstitusiya islahatı"nın həyata keçirilməsi, o cümlədən "polis sietemində islahat" və polisin fəaliyyəti ilə bağlı şikayətlərə baxmaq üçün "müstəqil mexanizmin" yaradılması məsələləri ətrafında müzakirələr aparacaqlar.

İnformasiyaya əsasən, həmməruzəçilər ölkə prezidenti, baş naziri, parlamenti sədri, eləcə də ədliyyə naziri, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvləri, məhkəmə orqanlarının təmsilçiləri, polisin başçısı ilə görüş keçirəcək. 

Son xəbərlər

Orphus sistemi