Armen Qriqoryan: "Azərbaycanla sülh sazişini yekunlaşdırmaq üçün danışıqları davam etdirməyə hazırıq”

Armen Qriqoryan: "Azərbaycanla sülh sazişini yekunlaşdırmaq üçün danışıqları davam etdirməyə hazırıq” "Azərbaycanla sülh sazişini yekunlaşdırmaq üçün bu formatda danışıqları davam etdirməyə və mümkünsə ilin sonuna qədər sülh sazişi imzalamağa hazırıq.
Region
15 Noyabr , 2023 00:21
Armen Qriqoryan: Azərbaycanla sülh sazişini yekunlaşdırmaq üçün danışıqları davam etdirməyə hazırıq”
Armen Qriqoryan

"Azərbaycanla sülh sazişini yekunlaşdırmaq üçün bu formatda danışıqları davam etdirməyə və mümkünsə ilin sonuna qədər sülh sazişi imzalamağa hazırıq".

“Report” xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mətbuata müsahibəsində rəsmi Yerevanın Azərbaycanla danışıqları davam etdirməkdə maraqlıdırsa, niyə nümayəndələrinin Moskvaya getməməsi sualına cavab verərkən deyib.

O, qeyd edib ki, Ermənistan artıq razılaşmaların əldə olunduğu danışıqlara getmək istəyir.

"Sülh sazişini yekunlaşdırmaq üçün bu formatda danışıqları davam etdirməyə və ilin sonuna qədər sülh sazişi imzalamağa hazırıq. Bu danışıqları digər səviyyələrdə, məsələn, Vaşinqtonda davam etdirmək imkanı var. Ermənistan hazırdır və ümid edirik ki, belə bir görüş baş tutacaq”, - o bildirib.

Ermənistan tərəfinin niyə hələ də Moskvaya getməməsi ilə bağlı sualı cavablandıran Qriqoryan buna belə cavab verib: “Biz vacib hesab etdiyimiz, hazırda fürsət gördüyümüz və aydın təkliflər aldığımız yerə gedirik”.

Son xəbərlər

Orphus sistemi