Antoni Blinken Ukraynaya 1 milyard dollardan çox yeni yardım paketini elan edəcək - YENİLƏNİB

Region
  • 06 sentyabr, 2023
  • 08:46
Antoni Blinken Ukraynaya 1 milyard dollardan çox yeni yardım paketini elan edəcək - YENİLƏNİB

ABŞ dövlət katibi Antoni Blinken sentyabrın 6-da Kiyevə səfəri zamanı ölkəsinin Ukraynaya 1 milyard dollardan çox yeni yardım paketi ayıracağını açıqlayacaq.

“Report” bu barədə CNN-ə istinadən xəbər verir.

A.Blinken Ukrayna Prezidenti Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.

Onun Ukraynaya səfəri iki gün davam edəcək. Səfər zamanı Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının gedişatının müzakirəsi, ölkənin enerji təhlükəsizliyinin yaxşılaşdırılması üzrə tədbirlərin qiymətləndirilməsi planlaşdırılır.

10:35

ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya rəsmi səfərə gedib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

ABŞ Dövlət Departamenti bu barədə rəsmi açıqlama verməyib. Ukrayna KİV-ləri xəbər verir ki, səhər saatlarında Kiyevin mərkəzində nəqliyyatın hərəkəti qismən bağlanıb. Bu adətən beynəlxalq liderlər və nümayəndə heyətləri paytaxta gələn zaman baş verir.

Xatırladaq ki, A.Blinken sonuncu dəfə Ukraynaya 2022-ci ilin sentyabrında səfər edib.