Antalyada hoteldə yanğın olub, 14 nəfər xəstəxanaya yerləşdirilib

Antalyada hoteldə yanğın olub, 14 nəfər xəstəxanaya yerləşdirilib Xəsarət alanlardan 4-ü Rusiya vətəndaşıdır
Region
29 İyul , 2017 12:00
Antalyada hoteldə yanğın olub, 14 nəfər xəstəxanaya yerləşdirilib

Bakı. 29 iyul. REPORT.AZ/ Türkiyənin Antalya əyalətinin Kemer rayonunda beşulduzlu mehmanxanada baş verən yanğınla əlaqədar 400 nəfər yerli və xarici turist təxliyə edilib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və xilasedici cəlb olunub.

Məlumata görə, yanğın mehmanxananın mətbəx bölməsində meydana gəlib.

Yanğın zamanı 10-u Türkiyə, 4-ü Rusiya vətəndaşı olmaqla 14 nəfər xəsarət alıb. Onlar müxtəlif xəstəxanalara yerləşdiriliblər.

Hadisənin səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi