Antalyada güclü yağışlar həyatı iflic edib

Antalyada güclü yağışlar həyatı iflic edib Türkiyənin Antalya vilayətinin bir neçə şəhəri güclü yağışlardan iflic olub.
Region
29 Noyabr , 2022 19:18
Antalyada güclü yağışlar həyatı iflic edib

Türkiyənin Antalya vilayətinin bir neçə şəhəri güclü yağışlardan iflic olub.

"Report" xəbər verir ki, bu barədə "Doğan" agentliyi məlumat yayıb.

Bəzi şəhərlərdə küçə və prospektləri su basıb, nəqliyyatın hərəkəti çətinləşib.

Kaputaş çimərliyi yaxınlığında yamaclardan dənizə axan palçıqlı su dənizi qəhvəyi rəngə boyayıb.

Şiddətli yağışla müşayiət olunan tufan Adrasan şəhərindən yan ötməyib.

Son xəbərlər

Orphus sistemi