Antalya Diplomatiya Forumunda azərbaycanlı tələbələrin iştirakı ilə gənclər və idman proqramı keçirilib
- 13 mart, 2022
- 09:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Antalya şəhərində keçirilən Diplomatiya Forumu çərçivəsində gənclər və idman proqramı təşkil olunub.
“Report”un Türkiyə bürosunun məlumatına görə, bu ölkənin bir sıra rəsmi şəxsləri, o cümlədən xarici işlər naziri Mövlud Çavuşoğlu, gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ, eləcə də Voleybol Milli Komandasının kapitanı Eda Erdem gənclər qarşısında çıxış edib, onların suallarını cavablandırıblar.
Elif Bereketli tərəfindən aparılan proqramda Türkiyənin gənclər və idman siyasətindən danışılıb, ölkənin və dövlətin gələcəyinin onların əlində olduğu vurğulanıb.
Forum çərçivəsində ölkənin bütün yerlərindən təşrif buyuran gənclər üçün musiqili-əyləncəli gənclər və idman proqramının təşkili Türkiyədə gənclərin təhsilinə, onların cəmiyyətin aparıcı qüvvəsi kimi qorunması üçün həyata keçirilən davamlı tədbirlərin tərkib hissəsi kimi dəyərləndirilib.
Dünya ictimaiyyətinin nəzər və diqqətinin Antalya Diplomatiya Forumunda olduğu vaxtda belə proqramın təşkili Türkiyənin milli dəyərlərinə ehtiramın qorunmasına nümunə olduğu vurğulanıb.
Tədbirdə Antalyanın ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr də iştirak edib.