Anna Akopyanın keçmiş stilisti: “Zinət əşyalarımı qaytar”

Anna Akopyanın keçmiş stilisti: “Zinət əşyalarımı qaytar” “Ayıbdır. Yazdığım rəyləri pozma. Nə qədər ki vicdanın oyanmayıb, yazacağam, onsuz da yenə yazacağam”
Region
3199
27 Noyabr , 2020 17:48
Anna Akopyanın keçmiş stilisti: “Zinət əşyalarımı qaytar”
Anna Akopyan

“Mənim zinət əşyalarımı qaytar, sifariş etdiyin paltarların pulunu ödə”.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyanın feysbuk səhifəsindəki statustuna keçmiş stilisti və vizajisti Sofya Xudoyan rəy yazaraq bildirib.

“Ayıbdır. Yazdığım rəyləri pozma. Nə qədər ki, vicdanın oyanmayıb, yazacağam, onsuz da, yenə yazacağam”, - keçmiş stilisti yazıb.

Məlumata görə, S.Xudoyan hökumət başçısının köməkçisi vasitəsilə A.Akopyanla görüşmək cəhdi uğursuz olub. Anna Akopyanın keçmiş stilistinin rəylərini pozduğu ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi