Ankarada silahlı şəxslər polisə atəş açıblar

Ankarada silahlı şəxslər polisə atəş açıblar Silahlılardan biri tutulub, digəri isə hadisə yerindən qaçıb
Region
27 Noyabr , 2017 10:30
Ankarada silahlı şəxslər polisə atəş açıblar

Bakı. 27 noyabr. REPORT.AZ/ Türkiyə paytaxtı Ankarada silahlı iki şəxs polisə atəş açıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, həmin şəxslər asayiş keşikçilərinin “Dayan” əmrinə tabe olmayıb və daha sonra atəş açıblar.

Polisin xəbərdarlığına əhəmiyyət verməyə silahlıların olduğu avtomobil polis maşınına çarpılıb. Yalnız bundan sonra onları dayandırmaq mümkün olub. 

Silahlılardan biri tutulub, digəri isə hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.  

Son xəbərlər

Orphus sistemi