Ankarada avtobus qəzaya uğrayıb: 1 nəfər ölüb, 21 nəfər yaralanıb

Region
  • 29 mart, 2018
  • 09:59
Ankarada avtobus qəzaya uğrayıb: 1 nəfər ölüb, 21 nəfər yaralanıb

Bakı. 29 mart. REPORT.AZ/ Ankara əyalətinin Polatlı rayonunda kənd təsərrüfatı işçilərini daşıyan avtobusun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 21 nəfər yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Polatlı Rayon İcra Hakimiyyətinin başçısı Mahmut Nedim Tuncer bildirib.

Onun sözlərinə görə, qəzanın baş verməsinə səbəb yağışdan sonra yolların sürüşkən olmasıdır.

Bildirilib ki, avtobus  rayonun Yassıhöyük və Yeni Köseler kəndləri arasında kənd təsərrüfatı işçilərini daşıyırmış. 

44 - Tezliklə