Rusiyanın tərkibində olan Altay Respublikasında Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 10 nəfərə çatıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə respublikanın Ust-Koksinski rayonunun administrasiyası məlumat yayıb.
Xəsarət alanların yaxınlıqdakı xəstəxanaya yerləşdiriləcəyi bildirilir.
Xatırladaq ki, hadisə nəticəsində 6 nəfər ölüb. Qəzaya səbəb elektrik naqillərində yaranan nasazlıq olub. Ölənlərin mülki şəxs və ya hərbçi olduğu bilinmir.
Rusiyanın tərkibində olan Altay Respublikasında Mi-8 helikopteri qəzaya uğrayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 7 nəfər yaralanıb.
Qəzaya səbəb elektrik naqillərində yaranan nasazlıq olub.
Ölənlərin mülki şəxs və ya hərbçi olduğu bilinmir.