Qazaxıstanın Almatı şəhərində baş vermiş avtomobil qəzasında 3 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə yerli “Zakon.kz” nəşri məlumat yayıb.
Bildirilib ki, sürücünün idarəetməni itirməsi ilə avtomobil yoldan çıxıb və elektrik verilişi xəttinin dirəyinə çırpılaraq iki yerə bölünüb.
Yol-nəqliyyat hadisənin baş verdiyi ərazidə kriminalist və yol polisinin əməkdaşları incələmə işləri aparırlar.





