Bakı. 3 fevral. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer İrana səfər edib.
"Report" İran KİV-inə istinadən xəbər verir ki, Almaniya XİN başçısı iranlı həmkarı Məhəmmədcavad Zəriflə Tehranda birgə mətbuat konfarsın keçirib.
Hər iki diplomat bölgədəki, o cümlədən Suriya və İraqdakı vəziyyətlə bağlı öz dövlətlərinin mövqelərini bildirib, terrorçuluğa qarşı mübarizədə Almaniya və İranın əməkdaşlığından danışıblar.
Qeyd edək ki, son 3 ayda Almaniyanın xarici işlər naziri ikinci dəfədir Tehrana səfər edir.