Almaniya Ukraynaya 7 artilleriya qurğusu verir

Region
  • 06 may, 2022
  • 09:02
Almaniya Ukraynaya 7 artilleriya qurğusu verir

"Almaniya Ukraynaya 7 özüyeriyən “PzH 2000” artilleriya qurğusu verəcək".

“Report” BJBC-yə istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Kristina Lambrext mayın 6-da Slovakiyaya səfəri zamanı bildirib.

Onun sözlərinə görə, bu hərbi texnika ilə bağlı Ukrayna hərbçilərinə gələn həftədən təlim keçməyə başlayacaqlar.