Bakı. 1 oktyabr. REPORT.AZ/ Almaniya məhkəməsi terrorda şübhəli bilinən 46 yaşlı iranlı diplomat Əsədullah Əsədinin Belçikaya ekstradisiya olunması barədə qərar qəbul edib.
“Report” xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.
Qeyd edək ki, o, müxalifətdə olan İran Xalq Mücahidlər Təşkilatına qarşı terror törətməyi planlaşdırmaqda şübhəli bilinir.
İyunun 30-da Fransanın hüquq-mühafizə orqanları Parisin İl-de-Frans regionunda İrandakı hakimiyyətə müxalifətdə olan Xalq Mücahidləri Təşkilatının nümayəndələrinin görüşdüyü yerə hücum etməyi planlaşdıran üç şübhəlini tutub. Həmin gün Belçikada İran əsilli iki nəfər hücum etməyi planlaşdırmaqda şübhəli bilindikləri üçün həbs olunub. Onlardan 500 q aseton-peroksid (tri-siklo-aseton-peroksid - ATP) müsadirə edilib. Onların tutulması əməliyyatına İsrailin xüsusi xidməti orqanları da yardım edib.
İran XİN isə bunları təkzib edib.