Ərdoğan Almaniya kansleri ilə görüşüb

Region
  • 14 mart, 2022
  • 13:54
Ərdoğan Almaniya kansleri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Olaf Şolts arasında görüş olub.

“Report” xəbər verir ki, görüş Almaniya kanslerinin Türkiyənin paytaxtı Ankaraya səfəri çərçivəsində baş tutub.

Liderlər Türkiyə-Almaniya, Türkiyə-Avropa İttifaqı əlaqələrini və Ukraynadakı vəziyyəti müzakirə ediblər.

16:53

Almaniya kansleri Olaf Şoltsun Türkiyəyə səfəri başlayıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, rəsmi mərasimlə qarşılanıb.

Bu gün O.Şolts Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. İki ölkə liderləri regional və qlobal məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, bu, R.T.Ərdoğanın son 5 gün ərzində dünya liderləri ilə keçirdiyi 14-cü üzbəüz görüş olacaq.

44 - Tezliklə