Almaniya kansleri Türkiyədə rəsmi səfərdədir

Almaniya kansleri Türkiyədə rəsmi səfərdədir Türkiyənin baş naziri ilə görüşdə Angela Merkel qaçqınlar və antitürk təbliğatı mövzularını müzakirə edəcək
Region
2 Fevral , 2017 17:45
Almaniya kansleri Türkiyədə rəsmi səfərdədir

Bakı. 2 fevral. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel Türkiyədə rəsmi səfərdədir.

"Report" "Anadolu" ahentliyinə istinadən xəbər verir ki, Almaniya kanslerinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi, ardından ötən il iyulun 15-də baş verən dövlət çevrilişinə cəhd zamanı bombalanmadan xəsarət alan Türkiyə parlamentinin binasını ziyarət edəcəyi gözlənilir.

Almaniya kanslerinin səfər proqramına həmçinin Türkiyənin Baş naziri Binəli Yıldırımla danışıqlar aparmaq da daxildir.

Türkiyənin Baş naziri Almaniya kansleri ilə terrorçuların ekstradisiyası mövzusunu müzakirə etmək niyyətində olduqlarını diqqətə çatdırıb.

O, eyni zamanda antitürk təbliğatı və Türkiyə əleyhdarlarının həm KİV-də, həm də siyasi platformada düşmən fəaliyyəti mövzularını müzakirə etmək niyyətini dilə gətirib.

Son xəbərlər

Orphus sistemi