Almaniya kansleri: “Türkiyə ilə dərin fikir ayrılığımız var”

Almaniya kansleri: “Türkiyə ilə dərin fikir ayrılığımız var” Angela Merkel: “Faşistlərin dövründə olanlar yalnız o dövrə aiddir”
Region
926
9 Mart , 2017 14:14
Almaniya kansleri: “Türkiyə ilə dərin fikir ayrılığımız var”
Reuters

Bakı. 9 mart. REPORT.AZ/ “Türkiyə ilə Avropa İttifaqı və Almaniya arasında dərin fikir ayrılığının olduğunu indi hiss edirik”.

“Report” "Hürriyet"ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angel Merkel ölkə parlamentindəki çıxşında bildirib.

O, Türkiyə rəsmlərini Almaniya hökumətini faşistlərlərlə müqayisə etdikləri üçün tənqid edib: “Faşistlərin dövründə olanlar yalnız o dövrə aiddir. Türkiyə Almaniyanı faşist dövrü ilə müqayisə etməyə son qoymalıdır. Belə bir müqayisə ciddi yanaşma sayıla bilməz”.

A.Merkel Almaniyada yaşayan türk əsilli insanların alman cəmiyyətinin bir parçası olduğunu vurğulayıb: “Biz Türkiyə və başqa ölkələrlə əlaqələrimizi demokratik prinsiplərə əsasən davam etdirməliyik”.

Qeyd edək ki, aprelin 16-da Türkiyədə Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi üçün referendum keçiriləcək. Türkiyə rəsmiləri bu siyasi kampaniya qabağı xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları ilə görüşmək, təbliğatda iştirak etmək istəyirlər. Almaniya tərəfi isə buna razılıq vermir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın Qaaenau şəhər rəhbərliyinin bu hərəkətinin faşistlərin siyasətinə oxşadığını bildirib.

Son xəbərlər

Orphus sistemi