Ali Radanın komitə sədri: Ukraynasız heç bir danışıq olmayacaq

Ali Radanın komitə sədri: Ukraynasız heç bir danışıq olmayacaq Dəfələrlə müxtəlif səviyyələrdə - həm prezident həm parlament səviyyəsində bilirmişik ki, Ukrayna ilə bağlı danışıqlar bizim iştirakımız olmadan gedə bilməz. Heç kim də bunu gözləməsin.
Region
3 Fevral , 2025 12:35
Ali Radanın komitə sədri: Ukraynasız heç bir danışıq olmayacaq
Fedor Venislavski

Dəfələrlə müxtəlif səviyyələrdə - həm prezident, həm də parlament səviyyəsində bəyan edilib ki, Ukrayna ilə bağlı danışıqlar bizim iştirakımız olmadan aparıla bilməz.

Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Ali Radasının Müdafiə və təhlükəsizlik komitəsinin sədri Fedor Venislavski müharibənin bitməsi ilə bağlı gedən xəbərlərə münasibət bildirərkən deyib.

"Tramp və Putin arasında Ukraynanın taleyi ilə bağlı razılaşmanın olacağını gözləmirik. Burada söhbət mövcud olan beynəlxalq normalardan gedir. Həmin normalar Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini zəmanətə alır. Bu, BMT-nin statusudur. Hərçənd biz görürük ki Rusiya bütün beynəlxalq hüquq normalarına məhəl qoymur. Budapeşt memorandumunda verilən təhlükəsizlik zəmanəti pozulub.

Hesab edirəm ki, Ukrayna heç kimə öz maraqlarının pozulmasına imkan verməyəcək", - komitə sədri bildirib.

Son xəbərlər

Orphus sistemi