Ukrayna parlamentinə rüşvət alan məmurlarla bağlı qanun layihəsi daxil olub

Ukrayna parlamentinə rüşvət alan məmurlarla bağlı qanun layihəsi daxil olub Ukrayna parlamentində korrupsiyaya görə həbs edilən dövlət məmurunun ömürlük azadlıqdan məhrum olunması barədə qanun layihəsi qeydiyyatdan keçib.
Region
8 İyul , 2019 17:40
Ukrayna parlamentinə rüşvət alan məmurlarla bağlı qanun layihəsi daxil olub

Ukrayna parlamentində korrupsiyaya görə həbs edilən dövlət məmurunun ömürlük azadlıqdan məhrum olunması barədə qanun layihəsi qeydiyyatdan keçib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu layihənin təşəbbüsçüsü keçmiş prezident Petro Poroşenkonun parlamentdəki “Poroşenkonun bloku” fraksiyasının üzvü İqor Pober təqdim edib.

Layihə parlamentin rəsmi saytında yerləşdirilib.

Bir müddət əvvəl isə Ukraynada uyğun qanuna əsasən, dövlət məmuru 35 min dollardan çox maliyyə vəsaitinin mənşəyini izaha edə bilmədiyi halda, ona qarşı cinayət işi başlanılırdı. Bu qanun qeyri-konstitusion sayıldığından tətbiq edilməyib.

Son xəbərlər

Orphus sistemi