Ali nümayəndə: “Ukraynanın Aİ-yə üzv olması Avropanın siyasi xəritəsini dəyişəcək”

Ali nümayəndə: “Ukraynanın Aİ-yə üzv olması Avropanın siyasi xəritəsini dəyişəcək” “Rusiya ərzaq böhranından silah kimi istifadə edir”.
Region
11 Noyabr , 2022 15:52
Ali nümayəndə: “Ukraynanın Aİ-yə üzv olması Avropanın siyasi xəritəsini dəyişəcək”
Jozep Borrel

“Ukraynanın Avropa İttifaqına üzv olması Avropanın siyasi xəritəsini dəyişəcək”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel tviterdə yazıb.

O bildirib ki, Rusiya ərzaq böhranından silah kimi istifadə edir. Ali nümayəndə deyib ki, indi aktual mövzu artan enerji, qidalanma və inflyasiya böhranını həll etməkdir: “Biz geosiyasi gərginliyin artdığını görürük. Aİ kimin məsuliyyət daşıdığını aydınlaşdırmaq və müharibənin nəticələrinin öhdəsindən gəlmək üçün Ukraynanı dəstəkləyir. Qlobal multiböhranın əsas səbəbi Rusiyanın Ukraynaya təcavüzüdür”.

C.Borel, həmçinin Aİ-nin geosiyasi əhəmiyyətli qərarlarını xatırladıb: “Biz hücuma məruz qalan bir ölkənin özünü müdafiə etməsi üçün silahlanmasına kömək etdik. Rusiyadan enerji asılılığımıza son qoyuruq. Həmçinin Ukraynaya Aİ-yə üzvlük üçün namizəd statusunu verdik. Bütün bunlar Avropanın siyasi xəritəsini dəyişəcək”.

Son xəbərlər

Orphus sistemi