"Ermənistan repatrasiyaya hazır deyil".
“Report” “Rusarminfo”ya istinadən xəbər verir ki, bunu Ermənistan hökuməti yanında diaspor məsələləri üzrə ali komissar Zare Sinanyan parlamentin təhsil, mədəniyyət, diaspor, gənclər və idman məsələləri üzrə komissiyasının iclasında bildirib.
Onun sözlərinə görə, Ermənistanda hazırda kütləvi repatrasiyaya (qayıdışa) hazır deyil: “Gəlin, düz danışaq. Əgər pandemiyaya görə repatrasiya baş versə, bizim bunu qarşılamağa hazırlığımız yoxdur. Əgər insanlar Ermənistana qayıtsa, biz onları saxlaya biləcəyik? Əsas məsələ budur”.
Ali komissar deyib ki, repatrasiya istiqamətində iş aparmazdan əvvəl bir suala cavab vermək lazımdır: “Qayıdacaq insanları Ermənistan şərait və lazımi işlə təmin edə biləcək”.
Z.Sinanayan vurğulayıb ki, 30 il ərzində 2-2,5 milyon insanı Ermənistana repatrasiya etmək hökumətin strategiyasına daxildir.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan KİV-i ölkədə bir aylıq gündəlik tələbat mallarının qaldığını yazmışdı.