Alen Simonyan: Kilsənin vergiyə cəlb edilməsi məsələsini müzakirə etməyin vaxtı çatıb

Region
  • 21 may, 2024
  • 13:10
Alen Simonyan: Kilsənin vergiyə cəlb edilməsi məsələsini müzakirə etməyin vaxtı çatıb
Alen Simonyan

Yaxın vaxtlarda Erməni Apostol Kilsəsinin vergiyə cəlb edilməsi məsələsini müzakirə etmək lazımdır.

“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan qanunverici orqanın iclasında çıxışı zamanı deyib.

“Hisslərimizlə, tariximizlə oynamağı dayandırın. Onsuz da siyasətlə məşğul olur, diaspordan pul yığırsınız. Şam, “Coca-Cola”, şərab satır, restoranlar işlədirsiniz, amma vergi ödəmirsiniz”, - o vurğulayıb.

O, din xadiminin vergi ödəyən sadə iş adamından niyə üstün olduğunu anlamaq istədiyini vurğulayıb.

Bundan başqa, A.Simonyan etirazçıların İrəvandakı katolikosun iqamətgahının ərazisinə, Müqəddəs Anna kilsəsinin həyətinə toplaşmasından da narazıdır.