Alen Simonyan: "Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri bərpa olunmalıdır"

Alen Simonyan: "Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri bərpa olunmalıdır" “Azərbaycan və Ermənistan- 2 qonşu ölkə üçün ən yaxşı yol sülh şəraitində yaşamaqdır”.
Region
29 Noyabr , 2023 11:35
Alen Simonyan: Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri bərpa olunmalıdır

Ermənistan parlamentinin spikeri Alen Simonyan Bakı və İrəvanın iki qonşu ölkə kimi ən yaxşı yolunun sülh şəraitində yaşamaq və ticarət əlaqələrinin bərpa edilməli olduğunu deyib.

“Report” xəbər verir ki, bunu parlamentin sədri özünün teleqram hesabında yazıb: “Uzun, qanlı müharibələrdən sonra dinc həyatın bir çox nümunələri var. Ümumiyyətlə, bunun alternativi yoxdur".

Qanunverici orqanın spikeri Alen Simonyan əmin edib ki, o, sülh üçün hər şeyi edəcək. A. Simonyan, həmçinin qeyd edib ki, iki dövlət arasında ticarət əlaqələri də bərpa olunmalıdır.

Son xəbərlər

Orphus sistemi