“Rus qoşunları müvəqqəti olaraq işğal olunmuş Krımda fəal şəkildə müdafiəyə hazırlaşır”.
“Report” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksiy Qromov “Ukrinform”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, yarımadanın şimalında istehkamların tikintisi demək olar ki, başa çatıb: “Mümkün hücumların qarşısını almaq üçün Krımın şimal-qərb və qərb sahillərində zenit müdafiə sistemi yaradılır”.
Qeyd edək ki, Ukrayna kəşfiyyatı iyunun 23-də rusların yarımadadan çıxmağa başladıqlarına dair məlumat yayıb. Rəsmi Kiyevin mövqeyinə görə, müharibə Ukraynanın 1991-ci il sərhədlərinin bərpası, o cümlədən Krımın azad olunması ilə başa çatmalıdır.
Xatırladaq ki, yarımada 2014-cü ildə qanunsuz şəkildə ilhaq edilib.