Aleksey Navalnı polisə müqavimət göstərdiyinə görə 15 sutkalıq həbs cəzasına məhkum edilib

Region
  • 27 mart, 2017
  • 13:04
Aleksey Navalnı polisə müqavimət göstərdiyinə görə 15 sutkalıq həbs cəzasına məhkum edilib

Bakı. 27 mart. REPORT.AZ/ Moskva şəhər Tver Rayon Məhkəməsi müxalif siyasətçi Alekseya Navalnını 15 sutkalıq həbs cəzasına məhkum edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, məhkəmə onu dünən Moskvada keçirilən icazəsiz etiraz aksiyası zamanı hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmamaqda günahkar bilib.

İkinci inzibati protokola - kütləvi tədbirlər keçirilməsi qaydalarının pozulmasına görə siyasətçi 20 min rubl məbləğində cərimələnib. O, məhkəmə özünü təqsirli bilmədiyini söyləyib.

Qeyd edək ki, nümayişlər Moskva, Sankt-Peterburq və Rusiyanın digər şəhərlərində keçirilib. Rusiya şəhərlərində etiraz aksiyalarının səbəbi Navalnı Fondunun baş nazir Dmitri Medvedevin "gizli imperiyası" haqqında arasşdırması olub.