Türkiyə, Ankara. 14 iyul.
"Report"un əməkdaşı xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözcüsü Mahir Ünal xarici media nümayəndələri ilə görüşündə deyib.
M.Ünal qeyd edib ki, terror təşkilatına dəstək verməyin ifadə azadlığına aidiyyatı yoxdur: "Ölkə rəhbəri ölümlə hədələnirsə, bunun ifadə azadlığına nə aidiyyatı var?! Biz buna qarşıyıq. Ona görə də onlar həbsdədirlər, çünki terrora dəstək veriblər".
AKP sözcüsü bəzi siyasətçilərin həbsinə də münasibət bildirib: "Biz onlara dedik ki, silahla, terrorla mübarizə olmaz. Amma onlar əməllərindən əl çəkmədilər. Türkiyə prezidenti 1999-cu ildə şeir oxuduğuna görə həbs edildi. O həbs edilərkən də demokratik prinsiplərdən dönmədi. İnsanları küçələrə səsləmək, dövlətə qarşı çağırış etmək demokratik prinsiplərə ziddir".