AKP-dən deputatlığa keçmiş namizəd öldürülüb

AKP-dən deputatlığa keçmiş namizəd öldürülüb O bu gün səhər saatlarında Şemdinli rayonunda güllələnmişdi
Region
14 Sentyabr , 2016 15:46
AKP-dən deputatlığa keçmiş namizəd öldürülüb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yerli aparıcı fiqurlarından Ahmet Budak yaşadığı evin qarşısında aldığı güllə yarasından xəstəxanada ölüb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, o bu gün səhər saatlarında əyalətin Şemdinli rayonunda güllələnərək yaralanmışdı.

Məlumata görə, Şemdinli dövlət xəstəxanasında həkimlərin səylərinə baxmayaraq, onu həyatını xilas etmək mümkün olmayıb.

Xəbərdə bildirilib ki, A.Budak 2015-ci il noyabrın 1-də keçirilən parlament seçkilərində Hakkaridən millət vəkilliyinə 1 saylı namizəd olub. 

Son xəbərlər

Orphus sistemi