Akademik Milli Dram Teatrı iki tamaşa ilə Gürcüstanda keçirilən beynəlxalq festivala qatılıb

Akademik Milli Dram Teatrı iki tamaşa ilə Gürcüstanda keçirilən beynəlxalq festivala qatılıb Gürcüstanın Kutaisi şəhərində Lado Mesxişvili adına Dövlət Dram Teatrında “Teatral İmereti 2019” beynəlxalq teatr festivalı başlayıb.
Region
2 İyun , 2019 20:07
Akademik Milli Dram Teatrı iki tamaşa ilə Gürcüstanda keçirilən beynəlxalq festivala qatılıb

Gürcüstanın Kutaisi şəhərində Lado Mesxişvili adına Dövlət Dram Teatrında “Teatral İmereti 2019” beynəlxalq teatr festivalı başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, festivalda Gürcüstanın 12 bələdiyyə teatrı ilə yanaşı Azərbaycan və Rumıniyadan olan teatr kollektivləri də iştirak edəcək.

Festival çərçivəsində, ümumilikdə, 18 tamaşa təqdim olunacaq. Tədbirin sonunda xüsusi münsiflər heyəti müxtəlif nominasiyalar üzrə qaliblər seçəcəklər.

Azərbaycanı beynəlxalq festivalda Akademik Milli Dram Teatrı iki tamaşa ilə təmsil edəcək. Festivalda rejissor Anar Sadıqovun Çingiz Aytmatovun məşhur “Manqurt” əsəriəsasında səhnələşdirdiyi eyniadlı tamaşa və quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov olan xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan “Cəhənnəm sakinləri” səhnə əsəri nümayiş etdiriləcək.

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi, İmereti bölgəsinin rəhbərliyi və teatr cəmiyyətinin dəstəyi ilə təşkil olunan “Teatral İmereti 2019” festivalı iyunun 20-də başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi