Aİ Şurası prezidentinin şəxsi nümayəndəsinin Gürcüstana səfəri başlayıb

Aİ Şurası prezidentinin şəxsi nümayəndəsinin Gürcüstana səfəri başlayıb Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin şəxsi nümayəndəsi Kristian Danielson Tbilisidədir
Region
12 Mart , 2021 09:38
Aİ Şurası prezidentinin şəxsi nümayəndəsinin Gürcüstana səfəri başlayıb
Kristian Danielson

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin şəxsi nümayəndəsi Kristian Danielson Tbilisidədir.

“Report”un yerli bürosu xəbər verir ki, o, bu gündən Gürcüstanda iqtidar və müxalifət arasında siyasi dialoqun monitorinqinə başlayacaq.

İsveçli diplomat mövcud siyasi böhranın aradan qaldırılması üçün maraqlı tərəflərlə sıx əməkdaşlıq edəcək.

K.Danielsonun iştirakı ilə hakimiyyət nümayəndələri və müxalifət arasında danışıqların beşinci mərhələsinin keçiriləcəyi gözlənilir.

Şəxsi nümayəndə Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili ilə də görüşəcək.

O, Gürcüstanı martın 14-də tərk edəcək.

Son xəbərlər

Orphus sistemi